İnsanlığa qarşı amansız cinayət

post-img

Aprelin 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Başlıbel faciəsinin 30-cu ildönümü ilə əlaqədar Kəlbəcər rayonunun Başlıbel kəndindən məcburi köçkün düşmüş sakinlərlə görüş keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin, Er­mənistanın törətdiyi hərbi cinayətlərin qurbanı olan həmvətənlərimizin xatirəsi ehtiramla yad edilib.

Dövlət komitəsinin sədri Rövşən Rzayev otuz ilə yaxın işğal altında qal­mış Azərbaycan ərazilərində, o cümlə­dən Kəlbəcərdə erməni silahlı dəstələri­nin dinc azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirməsini, ağır iş­gəncələrə məruz qoymasını xalqımızın heç vaxt unutmayacağını vurğulayaraq Başlıbellə yanaşı, Ağdaban, tunel qətli­amlarının da bütövlükdə insanlığa qarşı amansız cinayət olduğunu qeyd edib.

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-si­yasi və diplomatik qətiyyəti, qəhrəman Azərbaycan Ordusunun rəşadəti sayə­sində torpaqlarımızın işğaldan azad edilməsinin, xüsusilə Kəlbəcər də daxil olmaqla üç rayonu məğlub Ermənis­tanın döyüşsüz təhvil verməsinin tarixi əhəmiyyəti xatırladılıb. Qazanılan Zəfər nəticəsində doğma yurda qayıtmağa hazırlaşan məcburi köçkünlərə daim dövlət qayğısı göstərildiyi diqqətə çat­dırılıb, onların problemlərinin həllinin Prezident İlham Əliyevin sosial siyasəti­nin prioritetləri arasında mühüm yer tut­duğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət yetirdiyi bildiri­lib.

Dövlət Komitəsinin sədri görüş işti­rakçılarına Böyük Qayıdışa dair birinci Dövlət Proqramına uyğun olaraq Qara­bağ və Şərqi Zəngəzur iqtisadi rayonla­rının işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi, dayanıqlı məskunlaşma­nın təmin edilməsi üçün icra edilən iri­miqyaslı layihələr barədə ətraflı məlu­mat verib.

Görüşdə Dövlət Proqramına müva­fiq olaraq hazırlıq, bərpa və yenidənqur­ma işləri ilə bağlı məcburi köçkünlərin rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb. 

Başlıbel icmasının nümayəndələri xalqımızın arzularının gerçəkləşdirilmə­sinə, erməni işğalına son qoyulmasına, yurd yerlərimizin bərpası və dirçəldil­məsi, məcburi köçkünlərin geri qayıdışı üçün genişmiqyaslı mühüm tədbirlərin görülməsinə, onlara daim göstərilən diqqət və qayğıya görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əli­yevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq bildiriblər. Onlar Başlıbel faciəsi qurbanlarının xatirəsinin də kənddə əbədiləşdiriləcəyinə dərin inam ifadə ediblər.

Qeyd edək ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zaman Baş­lıbel kəndində 62 nəfər qadın, uşaq və qoca evlərini vaxtında tərk edə bilmədi­yindən kahalara – təbii mağaralara sı­ğınmağa məcbur olub, işğaldan 18 gün sonra erməni silahlı qüvvələri onların yerini müəyyənləşdirərək sığınacaqlara hücum edib və kütləvi qətliam törədiblər. Nəticədə 14 dinc sakin girov götürülüb, 18 nəfər qətlə yetirilib, 1 nəfər itkin dü­şüb, 8 nəfər yaralanıb. Yaralılar və sağ qalanlar (ümumilikdə 29 nəfər) dağlara çəkilərək kahalarda gizlənib, yalnız 113 gündən sonra gizli dağ yolları ilə müha­sirədən çıxa biliblər.

“Xalq qəzeti”

 

Sosial həyat