Gürcüstanın azərbaycandilli məktəblərinin şagirdləri Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət ediblər

post-img

28 May - Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Gürcüstanın müxtəlif rayonlarında fəaliyyət göstərən azərbaycandilli məktəblərin şagirdlərinin Tbilisiyə səfəri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Marneuli rayonunun Hallavar kənd məktəbinin müəllim və şagirdləri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.

Səfir Faiq Quliyev və səfirliyin əməkdaşları müəllim və şagirdləri qarşılayıb, onların qayğıları ilə maraqlanıblar.

Şagirdlərə fenomen şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Ulu Öndər Heydər Əliyevin Gürcüstanda yaşayan soydaşlarımıza, xüsusən uşaq və gənclərə göstərdiyi diqqət və qayğı barədə məlumat verilib, eləcə də Ümummilli Liderin gürcü xalqının yaxın dostu olduğu diqqətə çatdırılıb.

Sonra məktəblilər Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzini və Nəriman Nərimanovun ev-muzeyini ziyarət ediblər.







Son xəbərlər