Naxçıvanda yaradıcılıq müsabiqə-fesivalı keçirilib

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Naxçıvanda ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib. 

Naxçıvan Dövlət Universitetində təşkiledilən sənət yarışmasının açılış mərasimində bu ali məktəbin rektoru, dosent Elburus İsayev müsabiqə-fes­tivalın tələbələri vətənpərvərlik, milli adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə etmək, onların bədii-estetik sə­viyyəsini yüksəltmək məqsədi daşıdı­ğını bildirib. 

Sonra istedadlı tələbələr rəqs, mu­siqi, bədii qiraət üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin sədrliyi ilə Xalq artistləri Təranə Muradova, Samir Cəfərov və Gülyanaq Məmmədova, Əməkdar incəsənət xadimi Hafiz Quli­yev, musiqi müəllimi Arslan Növrəsli və şair Baba Vəziroğludan ibarət münsif­lər heyəti tələbələrin çıxışlarını izləyib­lər. 

Qaliblər Bakıda Heydər Əliyev Sa­rayında ulu öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilə­cək konsertdə iştirak edəcəklər. 

Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”

Son xəbərlər