İranda yeni edam rekordu

post-img

Qonşu ölkənin hakim molla rejimi bu ilin ilk 3 ayında edamların sayına görə son 4 ildə yeni rekorda imza atıb. Bu barədə İranın İnsan Hüquqları Təşkilatı məlumat yayıb. 

Bildirilir ki, ilin son 65 günündə 138 nəfər barə­sində ölüm hökmü həyata keçirilib. 2020, 2021 və 2022-ci illərin müvafiq dövründə 67, 72 və 94 məhkum barəsində ölüm hökmü çıxarılanda bu, dünyada ciddi etirazla qarşılanmışdı.

İranda yeni edam rekordu molla re­jiminin ölkədə davam edən kütləvi iğti­şaşların qarşısını almaqda, müxalifləri aradan götürməkdə ölüm hökmlərini ən təsirli vasitə saymasının birbaşa nəticəsidir. Bu səbəbdən, təkcə Novruz bayramı həftəsində 29 nəfərin boğazı­na kəndir keçirilib.

“Xalq qəzeti”

Son xəbərlər