XİN: Azərbaycan tərəfi İranla danışıqları müsbət qiymətləndirir

post-img

Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İranla hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycanın xarici siyasətinin dəyişməz prioritetidir.

Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin iki ölkənin xarici işlər nazirləri arasında baş tutmuş son te­lefon danışıqları ilə bağlı aprelin 10-da verdiyi şərhə dair yerli medianın sualını cavablandırarkən deyib.

Mətbuat katibi qeyd edib ki, bu xü­susda, Azərbaycan tərəfi ölkəmizin milli mənafeyi və milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir.

“Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir və məsləhətləş­mələrin davam etdirilməsini vacib he­sab edir”, - deyə Ayxan Hacızadə vur­ğulayıb.

Son xəbərlər