Ümummilli liderin müdrik kəlamları alman dilində

post-img

Almaniyanın “Zitate berühmter Personen” mədəniyyət portalı Azərbaycanda elan olunmuş “Heydər Əliyev İli”nə töhfə olaraq, dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin müdrik kəlamlarının yayımına başlayıb.

Tərcümə Mərkəzindən bu barədə qəzetimizə verilən məlumatda qeyd edi­lib ki, Heydər Əliyevin həyatı və fəaliy­yəti haqqında məlumatla təqdim olunan kəlamların alman dilinə tərcümə müəl­lifləri – Almaniya ədəbiyyatşünas alimi Martin Svoboda və Dövlət Tərcümə Mərkəzinin alman dili mütəxəssisi Mər­yəm Səmədovadır.

Xatırladaq ki, almandilli ölkələrin geniş oxucu auditoriyası tərəfindən iz­lənilən “Zitate berühmter Personen” portalı mütəmadi olaraq səhifələrində dünyaşöhrətli siyasətçi, filosof, yazıçı və şairlər haqqında məlumatlara və on­ların aforizmlərinə yer ayırır.

“Xalq qəzeti”

Son xəbərlər