Cinayətlə bağlı 4 nəfər tutulub...

post-img

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı cinayətlə bağlı 4 nəfər tutulub, Bakının bir neçə istiqamətində polis postları quraşdırılıb.

Bu barədə mediaya Daxili İşlər Nazirliyinin (DİN) Mətbu­at xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Ha­cıyev bildirib. O deyib ki, Qa­radağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb. Bakının bir neçə is­tiqamətində polis postları qu­raşdırılması və nəzarət yoxla­ma tədbirləri keçirilir.

Elşad Hacıyevin sözlərinə görə, deputat Fazil Mustafa­ya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokuror­luğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsin­də 4 nəfər müəyyən olunaraq saxlanı­lıb.

Əlavə məlumat veriləcək.

Son xəbərlər