...Terror işində şübhəli adlar

post-img

Millət vəkili Fazil Mustafaya qarşı terror işində yeni detallar ortaya çıxıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılanlar arasında İran­da gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəkləri barədə təhdid ünvanlamış Hüseynov Hüseyn Ramiz oğlunun qardaşı Hüseynov Həsən Ra­miz oğlu da var.

Belə ki, Həsən Hüseynov bir müd­dət əvvəl həbs edilmiş Tural Məmmə­dova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin vi­deoçəkilişlərini apardığına görə, hava məkanında obyektlərin hərəkət trayek­toriyasını müşahidə edən İrandan gön­dərilmiş xüsusi qurğu ilə həbs edilib).

Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgən­dər Hüseynovun qardaşı oğludur.

Son xəbərlər