İran səfiri Azərbaycan XİN-ə çağırıldı

post-img

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Xarici İşlər Nazirliyinə ünvanlanmış qeyd edilən notası 3 aprel tarixində daxil olub.

Bu barədə Azərbaycan Xarici İşlər Na­zirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Azərbaycan Respublikasındakı Sə­firliyinə istinadən, Azərbaycan mediasın­da İran əleyhinə yayımların və məqalələ­rin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi üçün İran tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə nota təqdim edilməsini şərh edərkən deyib.

Qeyd edilən məsələ ilə əlaqədar eyni gündə İran İslam Respublikasının Azər­baycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyek­tivliyi əks etdirmədiyi vurğulanaraq, İran tərəfinə cavab notası, eləcə də İran medi­asında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub.

İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azər­baycan Respublikası, onun dövlət və hö­kumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumat­lar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasi­bətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir.

Bununla yanaşı, ölkələrimiz arasında münasibətlər dövründə yaranan anlaşıl­mazlıqların daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlan­dığı, Azərbaycan tərəfinin ardıcıl və xoş niyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi qeyd olunub.

Görüş zamanı İran mediasında Azər­baycan əleyhinə yalan və qərəzli məlu­matların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görül­məsinin zəruriliyi vurğulanıb.

Son xəbərlər