Roma Papası müalicəsini davam etdirir

post-img

Roma Papası Fransisk xəstəxanada müalicəsini davam etdirir. Bu barədə müqəddəs Taxt-Tacın sözçüsü Matteo Bruni bildirib. Onun sözlərinə görə, Roma Katolik Kilsəsinin rəhbərinin vəziyyəti getdikcə yaxşılaşır. Məlumatı “İzvestiya.ru” verib. 

Bruni deyib ki, Papa Fransisk ötən gününü istirahətə, duaya və işə həsr edərək keçirib. Xəstəxananın tibb iş­çiləri isə Fransiskdə infeksion əsasda bronxit aşkarlandığını və ona infuzi­ya əsasında antibiotik terapiyasının aparıldığını bildiriblər: “Planlaşdırılan klinik yoxlamalar davam edir və Papa Fransiskin vəziyyətində yaxşılaşma müşahidə olunur. Onun yaxın bir neçə gün ərzində xəstəxanadan bu­raxılacağı gözlənilir”.

Xatırladaq ki, Papa Fransiskin 86 yaşı var və o, martın 29-da Romadakı Gemelli xəstəxanasına yerləşdirilib.

P.BABAKƏRLİ, “Xalq qəzeti”

Son xəbərlər