“Azərsu” rəhbərliyi Göyçayda vətəndaş qəbulu keçirib

post-img

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 2023-cü il martın 17-də Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarından olan sakinləri qəbul edib.

Qəbuldan əvvəl Köçərli Həsənov və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Göyçay şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göyçay və Ağdaş rayonlarından olan 32 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və di­gər məsələlərlə bağlı olub.

Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşı­rıqlar verilib.

 

“Xalq qəzeti”

Son xəbərlər