Ukrayna İranı məhkəməyə verir

post-img

Dünən Ukrayna hərbçiləri Rusiyanın Su-25 təyyarəsini və Mi-24 helikopterini vurublar. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının verdiyi məlumata görə, ölkənin Silahlı Qüvvələri ruslara məxsus 7 pilotsuz uçuş aparatını da məhv edib. Məlumatı UNİAN verib. 

Ukrayna Silahlı Qüvvələri Ali Baş Komandanının müşa­viri, general Viktor Nazarov isə bildirib ki, Rusiya ilə müharibə bir il də davam edə bilər. Onun fikrincə, müharibədə Ukray­nanın tam qələbə qazanması üçün daha bir il lazımdır. Ge­neral əmin olduğunu bildirib ki, müharibə rus qoşunlarının məğlubiyyəti ilə başa çatacaq.

Ukraynanın Baş naziri De­nis Şmıqal isə “Əl-Ərəbiyyə”yə müsahibəsində deyib ki, ölkəsi İranı Beynəlxalq Cinayət Məh­kəməsinə verəcək. Çünki İra­nın Rusiyaya verdiyi pilotsuz təyyarələrlə Ukraynanın enerji və mülki infrastrukturuna hü­cum edilib: “Moskvaya dəstəyi dayandırması üçün Tehrana təzyiq etmək lazımdır. Biz İra­nın bu cinayətlərdə iştirakının tanınmasına çalışacağıq”.

Məlumata görə, dünən Uk­rayna hərbçilərinə Baxmutdan geri çəkilmək barədə əmr ve­rilib. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər