Türkiyə: Zəlzələ zonasında tikinti bumu

post-img

Türkiyənin təbii fəlakət zonalarında artıq 21 min 244 yaşayış binasının tikintisinə start verilib. Bunu ətraf mühit və şəhərsalma naziri Murat Kurum bəyan edib. Məlumatı “Anadolu” verib. 

Nazirin sözlərinə görə, yaxın vaxtlarda ilk 244 yaşayış evinin bünövrəsi qoyulacaq və bununla da, Türkiyə tarixində ən genişmiqyaslı inşaat işləri başlanacaq. “Ümumiyyətlə, il ərzində 319 min binanın tikil­məsi planlaşdırılır”, - deyə Ku­rum bildirib. 

Nazir əlavə edib ki, binala­rın tikintisi ilə yanaşı, zəlzələdə evini itirmiş vətəndaşlar üçün modul şəhərciklərin yaradılma­sı üzrə də işlər aparılır: “Təkcə Adıyamanda 3 min modul sek­siya qurulacaq. Onların bünöv­rəsi qoyulub və 10–15 gündən sonra vətəndaşlar mərhələlər­lə məskunlaşdırılacaq”. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər