Heydər Əliyev və hüquqi islahatlar

post-img

“Heydər Əliyev İli – 2023” çərçivəsində Ədliyyə Nazirliyi və Bakı Dövlət Universitetinin hüquq fakültəsi ulu öndərin müstəqillik, dövlətçilik, qanunçuluq, məhkəmə və hüquq-mühafizə sahələrini əhatə edən genişmiqyaslı fəaliyyətinin öyrənilməsi və təbliği məqsədilə silsilə tədbirlər planı hazırlayıb.

BDU-nun hüquq fakültəsində keçirilən ilk birgə tədbiri açan fakültənin dekanı Zaur Əliyev Azərbaycan xalqının ümummilli li­deri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası, o cümlədən ulu öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar barədə məlumat verdi. Z. Əliyev qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin yolunu davam etdirən, vəsiyyətlərini gerçəkləşdirən Müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq qələbə qaza­naraq işğal altındakı torpaqlarımızı azad etmişdir. Bununla Azərbaycanı bütöv görmək istəyən ulu öndərin ən böyük arzusu həyata keçirilmişdir. 

Ədliyyə Nazirliyinin İnsan hü­quqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova ümummilli lide­rin zəngin irsinin, dövlətimiz və xalqı­mız qarşısında misilsiz xidmətlərinin yeni nəslə aşılanması məqsədilə nazirlik tərəfindən “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron məlumat platformasının yaradıldığını diqqətə çatdırdı. 

Çıxışlarda ulu öndərin irsinin öyrənilməsi və təbliğində respublika­mızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və rəhbəri olduğu Heydər Əliyev Fondunun müstəsna xidmətləri diqqətə çatdırıldı.

Sonda “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron plat­formasının təqdimatı keçirildi. 

 

Züleyxa ƏLİYEVA,
BDU-nun hüquq fakültəsinin tələbəsi



Son xəbərlər