Bu ilin yanvar-mart aylarında ölkədən 24,8 milyon ABŞ dolları dəyərində 31,4 min tondan çox alma ixrac edilib.
Dövlət Gömrük Komitəsindən XQ-yə verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 28,7 faiz, həcmi isə 8,5 faiz artıb.
Cari ilin ilk 3 ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,46 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,89 faizə bərabər olub.

