İİB-nin Azərbaycana dəstəyi davam edir

post-img

İslam İnkişaf Bankı (IsDB) dayanıqlı inkişaf gündəminin gerçəkləşdirilməsində Azərbaycana dəstək göstərməyə davam edəcək. Bu fikri IsDB Qrupunun baş iqtisadçısı Arif Süleyman bankın Əlcəzairdə keçirilən illik toplantısı zamanı səsləndirib. O deyib ki, bank öz fəaliyyətini dayanıqlı inkişaf gündəminin gerçəkləşdirilməsində üzv ölkələrlə əməkdaşlıqda onların liderliyinə əsaslanaraq qurur. “Ölkə öz inkişaf gündəmini özü müəyyənləşdirir, biz isə ona dəstək göstəririk. Keçən il biz Azərbaycanla əməkdaşlıq üzrə çərçivə sazişi imzaladıq”, – deyə o əlavə edib.

Azərbaycanla əməkdaşlıq çərçivəsində ümumi dəyəri, təxminən, 1,3 milyard dollar olan 77 layihə həyata keçirildiyini xatırladan bank rəsmisinin sözlərinə görə, həmin investisiyaların əsas hissəsi enerji sektoruna yönəldilib. A.Süleyman bununla yanaşı, bankın ölkəmizdə kənd təsərrüfatı, maliyyə, eləcə də digər əlaqəli sahələrdə də layihələrin maliyyələşdirdiyini vurğulayıb. Sonda o, İslam İnkişaf Bankının Azərbaycanı, eləcə də digər üzv ölkələrini dəstəkləməyə davam edəcəyini də diqqətə çatdırıb.

 

İqtisadiyyat