YAP heyəti Şimali Kiprdə

post-img

Mayın 21-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Yeni Azərbaycan Partiyası, Türkiyənin Ədalət və İnkişaf Partiyası və ŞKTC-nin Ulusal Birlik Partiyasını təmsil edən gənclərdən ibarət “Bir Millət, Üç Dövlət Gənclik Düşərgəsi” layihəsinin iştirakçılarını qəbul edib.

Prezident Ersin Tatar xalqlarımız arasında münasibətlərin tarixi ənənələrə, ortaq dəyərlərə, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. O, üç ölkənin gənclər təşkilatları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq “Bir Millət, Üç Dövlət Gənclik Düşərgəsi” layihəsinin müsbət nəticələr verəcəyinə və bütün tərəflər üçün faydalı olacağına əminliyini ifadə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov yüksək səviyyədə təşkil olunan səfərin hər üç ölkənin iqtidar partiyalarının gəncləri arasında əlaqələrin inkişafına əlverişli zəmin yaratdığını qeyd edib. 

XQ

 

Son xəbərlər