Ölkənin xarici ticarət dövriyyəsi yüksəlir

post-img

I rübdə bu göstərici 24,3 faiz artaraq 12 milyard dollara çatıb

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar – mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,3 faiz artaraq 12 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7 faiz və ya 401,75 milyon dollar artaraq 6,4 milyard dollar, idxal isə 52,6 faiz və ya 1,9 milyard dollar artaraq 5,7 milyard dollar olub.

Hesabat dövründə xarici ticarət dövriyyəsində 722,9 milyon dollarlıq (bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyard dollar və ya 3,1 dəfə az) müsbət saldo yaranıb.

İqtisadiyyat