Dünya Bankı ölkəmizdə ÜDM-in davamlı artacağını proqnozlaşdırıb

post-img

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib. Bu barədə məlumat bankın qlobal iqtisadiyyatla balı hesabatında yer alıb. Bu sənədə əsasən, ölkəmizdə ümumi daxili məhsul istehsalının 2024-cü ildə 2,3 faiz, 2025-ci ildə isə 2,4 faiz artaca ı proqnozlaşdırılıb. Bu isə qurumun cari ilin yanvar proqnozu ilə müqayisədə çox da fərqli deyil.

Dünya Bankının qlobal iqtisadiyyatla bağlı hesabatında 2026-cı ildə Azərbaycanda iqtisadi artımın 2,4 faiz təşkil edəcəyi vurğulanıb. Ümumilikdə isə bank Cənubi Qafqaz ölkələrində iqtisadi artımın 2024–2026-cı illərdə təxminən 3,5 faiz səviyyəsində sabitləşəcəyini proqnozlaşdırır. Hesabatda qeyd olunur: “Azərbaycanın 2023-cü ildə nəzərəçarpacaq dərəcədə aşağı olan karbohidrogen ixracının müəyyən qədər bərpası gözlənilir. Bu dirçəlişin Ermənistan və Gürcüstanda son illərdə qeyri-adi yüksək artımdan sonra yavaşlamanı balanslaşdıracağı gözlənilir. Ukraynanın işğalı nəticəsində region ölkələrinin ticarətində isə artım davam edəcək”.

Yeri gəlmişkən, Azərbaycanın qeyri-neft sektorunun dinamik inkişaf prosesini diqqətlə izləyən Dünya Bankı ötən ilin aprel ayında bununla bağlı nikbin fikir söyləmişdi. Belə ki, bank növbəti hesabatlarının birində 2026-cı ilə kimi Azərbaycanda qeyri-neft iqtisadiyyatının artacağı ilə bağlı proqnoz vermişdi. Sənəddə qeyri neft-qaz sektorunun iki illik sürətli artımdan sonra “COVID-19” pandemiyasından əvvəlki səviyyəsinə yaxınlaşması xüsusi vurğulanmışdı. Sözügedən hesabatda, həmçinin kənd təsərrüfatı üzrə artımın real ÜDM-də payının 2024 və 2025-ci illər üzrə isə davamlı 3 faiz, sənaye üzrə isə müvafiq olaraq 1 faiz və 1,2 faiz müəyyən edilmişdi. Bununla yanaşı, ölkəmizin xidmət sektoru üzrə artımın 2024-cü ildə 4,5 faiz, 2025ci ildə isə 4,6 faiz səviyyəsində proqnozlaşdırılmışdı.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bu günə kimi ölkəmizdə bankın kredit vəsaitləri hesabına ümumi məbləği 4,4 milyard ABŞ dolları olan 54 layihə həyata keçirilib. Ötən müddətdə bank tərəfindən ölkəmizdə reallaşdırılan 115-dən artıq texniki yardım və bir çox istiqamətlərdə qrant layihələrinə, təxminən, 30 milyon dollardan artıq vəsait ayrılıb. Azərbaycanın uğurlu tərəfdaşlarından olan Dünya Bankının maliyyə dəstəyi ilə nəqliyyat, sosial, su təchizatı və irriqasiya, kənd təsərrüfatı, ətraf mühit, ədliyyə və digər sahələrdə həyata keçirilən layihələr ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib.

Yeri gəlmişkən, 2022-ci ilin fevral ayında Avropa İttifaqı və Dünya Bankı Azərbaycan üçün evik Texniki Yardım Aləti (AZTAF) üzrə inzibati saziş imzalayıblar. Xatırladaq ki, AZTAF proqramı hökumətin təxirəsalınmaz prioritetlərinə cavab verən konkret fəaliyyətləri əhatə edir. Bu fəaliyyətlər hökumətin dövlət müəssisələrinin idarəçiliyi, dövlət satınalmaları, su ehtiyatlarının idarə edilməsi, “ağıllı kəndlər”, rəqəmsal inkişaf, eneri səmərəliliyi, qadınların sahibkarlıq fəaliyyəti, əlillik və inkluzivlik kimi geniş spektrli prioritetlərini dəstəkləyəcək. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən həmin proqramın dəyəri 5,25 milyon avro təşkil edir. Üç il müddətində icra olunacaq AZTAF proqramının idarəçiliyi də Dünya Bankı tərəfindən həyata keçirilir. Sözügedən sənədin məqsədi Azərbaycanın 2030-cu ilə Milli Prioritetləri və 2022–2026-cı illər üzrə Milli Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq hökumətə məsləhət və analitik dəstək göstərmək, onun potensialını gücləndirməkdən ibarətdir. Artıq AZTAF üzrə 9 texniki yardımdan 4-ü tamamlanmaq üzrədir.

Eyni zamanda, Dünya Bankı Azərbaycan hökuməti ilə karbon qazı emissiyalarının kvotalarının monetizasiyası imkanlarını müzakirə etməyi planlaşdırır. Belə ki, bank ölkəmizin bərpaolunan eneri mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsi çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Xatırladaq ki, ilkin hesablamalara görə, AZURE layihəsinin ümumi dəyəri 250 milyon ABŞ dolları təşkil edəcək. ayihə çərçivəsində birinci mərhələdə Dünya Bankı Neftçalada 315 meqavatlıq, Biləsuvarda isə 445 meqavatlıqlıq günəş elektrik stansiyalarının elektrik şəbəkəsinə inteqrasiyası üçün ötürücü infrastrukturu maliyyələşdiriləcək.

Bu ilin oktyabrında isə Dünya Bankının Direktorlar Şurası Azərbaycanla 2025–2029-cu illər üçün nəzərdə tutulmuş yeni tərəfdaşlıq strategiyasını təsdiq etməyi planlaşdırır. Bankın Cənubi Qafqaz üzrə direktoru Rolanda Praysın rəhbərlik etdiyi nümayəndə heyətinin iyulun 15-də Bakıya səfəri zamanı çərçivə sənədi ilə bağlı məsləhətləşmələr aparılıb. Bankın Bakı ofisinin məlumatında qeyd olunduğu kimi, 2015-ci ildə təsdiq edilmiş əvvəlki tərəfdaşlıq strategiyası Azərbaycanın qarşısında duran ciddi çağırışlar nəzərə alınmaqla hazırlanmışdı. O, yeni artım modelinə keçid zamanı dövlət maliyyə idarəçiliyi və iqtisadiyyatın şaxələndirilməsi sahəsində daha yaxşı göstəricilərə nail olmaq üçün ölkənin dəstəklənməsinə, eləcə də ölkənin xarici şoklara qarşı dayanıqlığının gücləndirilməsinə fokuslanmışdı.

Dünya Bankının Azərbaycanla yeni tərəfdaşlıq strategiyasıın isə əsas məqsədi karbohidrogenlərə qlobal tələbatın azalması fonunda neftin qiymətinin kəskin aşağı düşməsi şəraitində ölkəmizin “yaşıl” iqtisadiyyata keçid və bərpaolunan eneri mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu iddialı məqsədləri dəstəkləməkdən ibarətdir.

İqtisadiyyat