Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 10,6 faiz azalaraq təxminən 4,2 milyon ton təşkil edib.
SOCAR-ın cari ilin ikinci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadla xəbər verir ki, buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.
Ölkə üzrə təbii qaz ixracı isə 9,2 faiz artaraq 6,2 milyard kubmetr olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 7,9 faiz azalaraq 2,3 milyard kubmetr təşkil edib.