Rəqabət Məcəlləsi süni bahalaşmanın qarşısını alacaq

post-img

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqabət Məcəlləsinin tətbiqi barədə aparılan maarifləndirmə tədbirləri silsiləsindən olan növbəti təlim Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birgə keçirilib. 

Tədbirdə Rəqabət Məcəlləsində nəzərdə tutulan yeni tənzim­ləmə prinsipləri barədə məlumat verilib, maliyyə institutları tərə­findən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarlar haqqında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, haqsız rəqabət və hökmran mövqedən sui-isti­fadə hallarının aradan qaldırılması ilə bağlı Rəqabət Məcəlləsində əksini tapan tənzimləmə mexanizmləri, həmçinin razılıq alınması tələb olunan təmərküzləşmələr və maliyyə bazarlarında təmərküz­ləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqa­nından razılıq alınmasını şərtləndirən meyarlar barədə məlumat verilib.

Xatırladaq ki, Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ölkə­mizin iqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsi is­tiqamətində əldə olunan uğurlardan biri kimi qiymətləndirilir və iqtisadiyyatın inkişafında özəl sektorun artan rolu nəzərə alınaraq məcəllənin azad və sağlam rəqabət mühitinin reallaşmasına, onun prinsiplərinin qorunmasına və inkişafına öz töhfəsini verəcəyinə əminlik ifadə edilir.

İstər Rəqabət Məcəlləsində, istərsə də “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramı”da respublikamızda rəqabətə davamlı milli iqtisadiyya­tın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsiyaya qar­şı mübarizənin gücləndirilməsi, rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxışın diqqət mərkəzində saxlanılması kimi məsələlərə böyük əhəmiyyət verilib. Bundan başqa, adları çəkilən sənədlərdə istehlak bazarında rəqabət üstünlüyünün gerçəkləşdiril­məsinə, eyni zamanda müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsinə həlledici vasitə kimi yanaşılıb.

Yeni sosial - iqtisadi çağırışlara cavab vermək, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafı gerçəkləşdirmək, müasir tən­zimləmə metodlarını tətbiqi zərurətindən irəli gələrək hazırlanan Rəqabət Məcəlləsində sahibkarların sağlam rəqabət şəraitində fəa­liyyətinin reallaşdırılması önə çəkilib. Bundan başqa məcəllədə kartel tipli əlaqələrin qarşısının alınması, təbii inhisar subyektləri­nin fəaliyyətinə səmərəli nəzarətin təşkil edilməsi, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı məsələlərə dair tənzimləmə alətləri də diqqətdə saxlanılıb. 

Rəqabət Məcəlləsində sahibkarlığın inkişafını stimullaşdı­racaq digər məqamlar da diqqət çəkir. Bu məqamlar vergi, göm­rük, dövlət satınalmaları və iqtisadi subyektlərlə qarşılıqlı əlaqədə olan digər dövlət sektorlarında şəffaflıq və ədalətliliyin təminini, ilk növbədə, rəqabət mühitini gücləndirir. Bu, həm də sahibkarlıq fəaliyyətinin qanun çərçivəsində qurulması, iqtisadiyyatın əsas­larının möhkəmlənməsi baxımından da zəruri şərtlərdən biridir. Çünki sağlam rəqabətli iqtisadiyyat həm xalqın rifah səviyyəsini yüksəldir, həm də xaricdən ölkəyə investisiya axınının miqyasını genişləndirir. 

Beləliklə, ötən ayın 1-dən yeni Rəqabət Məcəlləsinin tətbiqi ölkə iqtisadiyyatına, o cümlədən biznes imkanlarının səmərəli­liyinə müsbət təsir göstərəcək, idxal-ixrac potensialını daha da gücləndirəcək. Digər tərəfdən bu, ölkədə monopoliyanın təsirlə­rinin aradan qaldırılmasını və bazar payının azaldılmasını şərtlən­dirəcək. Nəticə etibarilə Rəqabət Məcəlləsi respublikada rəqabət mühitinin daha da müsbət istiqamətə dəyişməsinə, onun liberal­laşmasına əlverişli şərait yaradacaq. Bu isə qiymətlərin daha sabit qalmasını gerçəkləşdirəcək və süni bahalaşmanın qarşısını alacaq.

İqtisadiyyat