Dünya bazarına çıxışımız genişlənir

post-img

Xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında daim diqqətdə saxlanılır. Məhz buna görə dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından biri də xarici ticarət dövriyyəsinin artırılması olur. 

Azərbaycanda da xarici iqtisadi əlaqələrin genişlənməsinə hər zaman mühüm önəm verilir, ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artırılması, rəqabətqabiliyyətliyinin yüksəldilməsi ilə bu sahənin sürətli inkişafı şərtləndirilir. Təbii ki, bu yolla dünya bazarlarına çıxarılan məhsullarımız istehlakçılar tərəfindən razılıqla qarşılanır.  

Prezident İlham Əliyev çıxışlarının birində bu əhəmiyyətli məqama toxunaraq  deyib: “İndi bizim yerli məhsullarımız heç bir xarici məhsuldan geri qalmır, həm keyfiyyəti, həm də onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından... Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir”.

Son illərdə rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran respublikamızda xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər baş verib. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarıb, hətta bəzi hallarda ixraca da yönəldilib. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradıb.

Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədilə ötən illər ərzində mühüm işlər görülüb. Belə ki, qanunvericilik bazası təkmilləşdirilib, ixrac mallarının istehsalı stimullaşdırılıb, ixracın infrastruktur təminatı yaxşılaşdırılıb. Sənaye zonalarının genişləndirilməsi, həmçinin potensial ixrac bazarı ölkələrində ticarət evlərinin sayının artırılması nəticəsində sözügedən istiqamətdə həyata keçirilən tədbirlərin səmərəliliyi artırılıb.

Respublikamızın  ticarət sahəsində əməkdaşlıq coğrafiyasının sürətlə genişləndirilməsinin nəticəsidir ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri tərəfindən dünyanın 15 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirilib, 100 ölkəyə məhsul ixrac edilib, 148 ölkədən idxal olunub.  

İxrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-aprel aylarında ölkəmizin xarici ticarət dövriyyəsi 13 milyard 978 milyon ABŞ dollarına çatıb. Ticarət dövriyyəsinin 8 milyard 513  milyon dollarını və ya 0,9 faizini ixrac  məhsulları, 5 milyard 465 milyon dollarını (39,1 faizini) isə idxal məhsulları təşkil edib, nəticədə 3 milyard 47  milyon dollar məbləğində müsbət saldo yaranıb.  

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumata əsasən, Azərbaycanın  xarici ticarət dövriyyəsinin 22,3 faizi İtaliya, 14,9 faizi Türkiyə, 9,6 faizi Rusiya, 7,6 faizi Çin, 4,7 faizi İsrail, 4,3 faizi Hindistan, 4 faizi Almaniya, 2,2 faizi Avstraliya, 2,1 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Rumıniya və Gürcüstan, 1,6 faizi Tailand, 1,5 faizi ABŞ, hər biri 1,4 faiz olmaqla Bolqarıstan və Yunanıstan, 1,3 faizi İran, hər biri 1,1 faiz olmaqla Ukrayna və Türkmənistan, hər biri 1 faiz olmaqla Belarus, Koreya və Fransa, hər biri 0,9 faiz olmaqla Tunis və Portuqaliya, 10,7 faizi isə digər ölkələr ilə aparılan ticarət əməliyyatlarının payına düşüb.

Yeri gəlmişkən, burada bir məqamı da qeyd etmək istərdik. Azərbaycanın ikitərəfli ticarətin həcmini getdikcə artırdığı, əmtəələrin strukturunu optimallaşdırdığı və malların bazarlara çıxışını asanlaşdırdığı ölkələr sırasında in xüsusi yer tutur. Şanxay Əməkdaşlıq Təşkilatının bir neçə gün bundan əvvəl Astanada keçirilən Zirvə toplantısında bu barədə ətraflı danışılıb, eyni zamanda, tədbir çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də ətraflı bəhs edilib.

Adıçəkilən sənəddə bildirilir ki, dost ölkə Azərbaycanın Çin Beynəlxalq İdxal Ekspo, Çin idxal və ixrac malları sərgisi, Çin beynəlxalq xidmət ticarət sərgisi və digər böyük sərgilərdə fəal iştirakını alqışlayır, respublikamızın  tematik təqdimatlar keçirməsini və bu dövlətin  ərazisində açılan ticarət mərkəzləri və milli pavilyonlar, eləcə də in elektron ticarət şəbəkələri ilə əlaqə qurmasını dəstəkləyir.

Hər iki ölkə ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını yüksək qiymətləndirir və ticarət, sərmayə və mühəndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası mexanizminin rolunu getdikcə , o cümlədən Azərbaycan- Çin ticarət-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyalar, “yaşıl enerji”, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin təşviqinə diqqət yetirir.

Ötən ilin nəticələrinə görə, in Azərbaycanın 4-cü iri ticarət tərəfdaşı olub. Əgər 2018-ci ildə respublikamızla dost ölkənin xarici ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları idisə, 2023-cü ildə 3,1 milyard ABŞ dollarını ötüb. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 1,8 milyard ABŞ dolları və ya 2,4 dəfə, 2022-ci ilin müvafiq göstəricisindən isə 1 milyard ABŞ dolları və ya 44 faiz çoxdur.

Bu uğurlu göstəricilərin əldə edilməsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və sistemli surətdə həyata keçirilən sənayenin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayıb. Bu proqram şübhəsiz ki, ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastrukturuna malik sənaye zonalarının inkişafını sürətləndirib. Belə vəziyyət ölkənin ixrac qabiliyyətinin güclənməsinə, idxalı əvəz edən məhsulların istehsalının artırılmasına da əhəmiyyətli təsir göstərib.

Şübhəsiz ki, bu məsələdə qabaqcıl texnologiyalardan və idarəetmə təcrübəsindən səmərəli yararlanmaq böyük əhəmiyyətə malikdir. Bundan başqa, ölkədə hökm sürən siyasi və makroiqtisadi sabitlik, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici dövlətlərdən biri kimi tanıdır.

Qeyri-neft sənayesində məhsul istehsalının artımına iqtisadiyyatın rəqəmsallaşması ilə bağlı layihələrin uğurla reallaşdırılması da müsbət təsir göstərir. Rəqəmsallaşma respublikamızın investisiya cəlbediciliyini şərtləndirən mühüm amillərdən biri olduğu üçün investorlar tərəfindən bu sahəyə aid infrastrukturun qurulması, eləcə də elektron ticarətin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda təhlükəsiz rəqəmsal ödəniş həllərinin genişləndirilməsi, etibarlı logistik şəbəkələrin təkmilləşdirilməsi kimi güclü rəqəmsal infrastruktur yaradılmasına böyük maraq göstərilir və bu sahədə müsbət göstəricilər əldə olunur.

Onu da qeyd edək ki, qeyri-neft ixracının yüksəlməsi bu sahənin, bütövlükdə, keyfiyyət baxımından strukturunun tənzimlənməsi ilə bağlıdır. Məhz buna görə də   Azərbaycan əvvəlki illərdən fərqli olaraq yalnız xammal məhsulları deyil, eyni zamanda, emaledici məhsulları da dünya bazarına çıxarır. Bu da təbii ki, qeyri-neft ixracatının dayanıqlığı baxımından mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, son illər ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxal və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının gerçəkləşdirilməsi və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyənləşdirilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması kimi məsələlər, heç şübhəsiz, xarici iqtisadi əlaqələrin həcminin və coğrafiyasının bir qədər də genişlənməsinə səbəb olub.

XQ

İqtisadiyyat