Aqrar sığorta ödənişləri 2 dəfə artıb

post-img

Bu ilin yanvar-may aylarında Aqrar Sığorta Fondu fermer və təsərrüfatlara  2 milyon 572 min manat ödəniş edib.  Bu, ötən ilin eyni dövrü ilə müqayisədə  2,3 dəfə çoxdur.

Fondun bu barədə məlumatında bildirilir ki, 5 aylıq ödənişin 2 milyon 21 min manatı əkin sahələrinə, 551 min manatı isə heyvandarlıq təsərrüfatlarına yönəldilib. Son 1 ildə əkin sahələri üzrə ödənişlər 2,7 dəfə, heyvandarlıq təsərrüfatları üzrə isə 1,5 dəfə artırılıb.

Hesabat dövründə 8,75 milyon manat sığorta haqqı müqabilində 34 min hektar əkin sahəsi sığortalanıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 52,3  faiz çoxdur. Ən çox sığortalanan əkinlər fındıq, çay, tütün, buğda, arpa, pambıq və qarğıdalı olub.

Bundan başqa, yanvar-may aylarında 59 min manat sığorta haqqı müqabilində 1100 baş kənd təsərrüfatı heyvanı sığortalanıb. Bu müqavilələr üzrə fermerlərə  milyon 74 min manatlıq sığorta təminatı verilib.

XQ

İqtisadiyyat