3 şahmatçımız Özbəkistanda beynəlxalq turnirdə

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Özbəkistanda şahmat üzrə “UzChess Cup” adlı ənənəvi beynəlxalq turnirə start verilib. Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, ən güclülərin yarışdığı “Masters” bölümündə Azərbaycanı milli komandanın üzvü Şəhriyar Məmmədyarov təmsil edir. Birinci turda təmsilçimiz Hindistan şahmatçısı Vidit Santoş Gujrathiyə qalib gələrək yarışda ilk xalını qazanıb.

Qeyd edək ki, turnirin “Challenge” bölməsində isə ölkəmizin daha iki şahmatçısı – Eltac Səfərli və Məhəmməd Muradlı da çıxış edirlər. Onların yarışında birinci turun partiyaları bu gün oynanılacaq. 

Altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq. 

Qabil YUSİFOĞLU
XQ

 

İdman