Özəlləşdirmə büdcəyə 74,4 milyon manat qazandırıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) bu ilin yanvar-may aylarında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 74,4 milyon manat ödəyib.

ƏMDX-dən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz çoxdur. Büdcə daxilolmalarının 59 milyon manatı dövlət əmlakının özəl­ləşdirilməsi, 15 milyon manatı isə icarəsi hesabına təmin edilib ki, bu da illik müqa­yisədə müvafiq olaraq 25,4 faiz və 8,6 faiz yüksəkdir.

Hesabat dövründə 23 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 313 nəqliyyat vasitəsi satılıb.

Bu ilin yanvar-may ayları ərzində hər­raca çıxarılmış dövlət əmlakı üzrə 294 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 36 onlayn qo­şulma reallaşdırılıb.

Qeyd edək ki, ötən il özəlləşdirmə və icarədən dövlət büdcəsinə 130 milyon manatın ödənilməsi təmin edilib. 

Hesabat dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 49 hərrac keçi­rilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 14 kiçik dövlət müəssisə­si, 3 yarımçıq tikili sahəsi, 443 nəqliyyat vasitəsi özəlləşdirilib. Bundan başqa 10 ayda hərraca çıxarılan dövlət əmlakı üzrə 275 elektron sifariş qəbul edilib, hərrac­larda iştirak məqsədilə 59 onlayn qoşul­ma reallaşıb.

Daşınmaz dövlət əmlakının (qeyri-ya­şayış və torpaq sahələrinin) icarəsindən bu ilin 10 ayı ərzində dövlət büdcəsinə 27,2 milyon manat ödənib. İcarədən daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artıb.

İqtisadiyyat