Müasir texnologiya ilə suvarma

post-img

Azərbaycanda 119 min hektar ərazidə müasir suvarma sistemi quraşdırılıb. Bununla yanaşı, 60 min hektarda pivot suvarma sistemləri və damcılı sistem tətbiq olunur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli məlumat verib.

Hazırda kənd təsərrüfatı sahəsində də qiymətləndiricilə­rin fəaliyyətinə ehtiyac olduğunu bildirən aparat rəhbəri de­yib ki, bu sektorda həyata keçirilən layihələr, infrastrukturla bağlı görülən işlərdə qiymətləndirilmələr aparılır. Onun söz­lərinə görə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl iqtisadiy­yat” tətbiq olunur ki, bu da qiymətləndiricilərin fəaliyyətinin genişlənməsində xüsusi əhəmiyyət daşıyır.

XQ

İqtisadiyyat