Laçında bir SES də qurulur

post-img

Dünən Laçın rayonunun Malıbəy kəndində eyni adlı kiçik su elektrik stansiyasının təməli qoyulub. Stansiyanın Həkəri çayının qolu olan Zabux çayının üzərində, Avropa və Çin texnologiyaları əsasında inşa edilməsi planlaşdırılır.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə inşası 2025-ci ildə tamamlanacaq 5 kiçik su elektrik stansiyasının ümumi gücü 13,8 meqavat olacaq. Həmin stansiyalarda ildə 39,7 qiqavat elektrik enerjisi istehsal ediləcək. “Malıbəy” stan­siyası isə 5,1 meqavat gücünə malik olmaqla ildə 14,57 qiqa­vat elektrik enerjisi istehsalına imkan yaradacaq. Layihənin ümumi dəyəri 25 milyon manat, stansiyaların istismar müddə­ti isə 30 ildir. Bu stansiyalarda 25 nəfər çalışacaq.

Stansiyanın təməlqoyma mərasimində çıxış edən Prezi­dentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məm­mədov bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş əra­ziləri “sıfır emissiya” zonası elan edilib. “Malıbəy” kiçik su elektrik stansiyasının həmin siyasətin bariz nümunəsi oldu­ğunu diqqətə çatdıran xüsusi nümayəndənin sözlərinə görə, indiyədək Laçında ümumi gücü 80 meqavata yaxın olan 9 kiçik SES istifadəyə verilib. 

XQ

İqtisadiyyat