Gəmi-bərələrlə daşımalar artıb

post-img

2024-cü ilin birinci rübündə “Azərbaycan Xəzər Də­niz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) gəmiləri ilə, ümumilikdə, 960 min 796 ton xam neft və neft məhsulları daşınıb.

ASCO-dan verilən məlumata görə, yanvar-mart ayların­da quruma məxsus bərə gəmiləri ilə 8847 vaqon daşınıb. Bununla yanaşı, hesabat dövründə ASCO tərəfindən 8535 TIR, 615 minik maşını olmaqla, 9150 avtonəqliyyat vasitəsi aparılıb. İlin ilk rübündə bərələrin xidmətindən 6172 sərnişin istifadə edib. 

Hesabat dövründə universal quru yük gəmiləri ilə daşı­maların payı isə 154 min 988 tona çatıb. 

XQ

İqtisadiyyat