Daşınmaz əmlak alanlara ƏDV geri qaytarılıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən aldığımız məlumatda bildirilir ki, indiyədək ölkədə istehlakçılara nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə, 7 min 457 istehlakçıya 29 milyon manat 7 457 müraciət üzrə 28,6 milyon manata yaxın əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

Məlumata görə, quruma müvafiq portal üzərindən, ümumilikdə, 14 min­dən artıq vətəndaş müraciəti daxil olub. Bunlardan 6 min 211 müraciətə qaydala­rın tələblərinə uyğun olaraq imtina edilib. Eyni zamanda, portal istifadəyə verildiyi tarixdən bu günədək bina tikintisi fəaliy­yəti ilə məşğul olan şəxslər 1160 sayda “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edib ki, bunun da 749-u təsdiqlənib, 401-nə imtina veri­lib.

2023-cü il sentyabrın 13-dən etibarən geri qaytarılan vəsaitlərin şəxsin müvəkkil bankda olan virtual “ƏDVgerial” hesabına köçürülməsi təmin edilir. Bu addım, öz növbəsində, əvvəllər bu sahədə mövcud olan bir sıra çətinlikləri aradan qaldırır.

Dövlət Vergi Xidməti vətəndaşların müraciətlərinin araşdırılması zamanı imti­naya səbəb olan bir sıra hallar müşahidə edir. Bunlar əsasən, son ödəniş tarixin­dən 90 gün ərzində müraciət olunmama­sı, ödənişin təyinatında e-qaimənin mə­lumatlarının əks edilməməsi, ödənişləri başqa şəxslərin həyata keçirməsi, ödəniş zamanı ƏDV və əsas məbləğlərin ayrılıq­da ödənilməməsi ilə bağlıdır.

Dövlət Vergi Xidməti, həmçinin mən­zil tikintisi ilə məşğul olan şəxslərə bina tikintisi ilə bağlı məlumat formalarını qa­nunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etmələrini tövsiyə edir. Bununla bağlı vergi orqanları tərəfindən müvafiq monitorinq-təhlil işləri aparılır.

XQ

İqtisadiyyat