Qarabağ və Şərqi Zəngəzurun tarixi siması müasirliyə qovuşur

post-img

Azərbaycanın işğaldan azad azad olunmuş torpaqlarında həyat yenidən əvvəlki məcrasına qayıdır. Hazırda möhtəşəm tarixi qələbənin sevincini yaşayan xalqımız Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində viran qoyduğu ərazilərimizin, daşı daş üstdə saxlamadığı yurd yerlərinin bərpası sürətlə davam etdirilir. 

Dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi bərpa və qurucu­luq missiyasının uğurla yerinə yetiril­məsi üçün bütün imkanlar səfərbər olunub. Ötən müddətdə işğaldan azad olunmuş ərazilərimizdə insan­ların rahat və firavan yaşayışının təməlinin qoyulması üçün mühüm infrastruktur layihələri icra olunub. Azərbaycan bütün bu işləri təkba­şına, heç bir ölkədən və beynəlxalq maliyyə qurumundan yardım istəmə­dən, öz gücü ilə həyata keçirir. 

Ölkəmizin maliyyə gücünün art­ması bərpa və quruculuq işləri üçün daha çox vəsait xərcləməyə imkan yaradır. Qarabağ və Şərqi Zəngə­zurda həyatın əvvəlki məcrasına qaytarılması üçün dövlət büdcəsin­dən kifayət qədər vəsaitin ayrılması da bunu sübut edir. Məlum olduğu kimi, ötən ilin sonuna qədər burada həyata keçirilən bərpa-quruculuq iş­lərinə, təqribən, 12 milyard manata qədər vəsait xərclənib. 2024-cü iln dövlət büdcəsindən isə bu məqsədlə daha 4 milyard manat vəsait ayrılıb. Bu da bərpa və yenidənqurma işlə­rinin daha böyük sürətlə aparılma­sına imkan yaradır. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqları­mızda indi infrastruktur yenilənir, də­də-baba yurdlarına qayıdacaq soy­daşlarımızın rahat yaşaması, işlə təmin olunması və onların təhlükə­sizliyi üçün hər cür şərait yaradılır. 

Təsadüfi deyil ki, ölkə başçısı bu ərazilərə hər yeni səfəri zamanı yeni hədəflər müəyyənləşdirilir, böyük layihələrin icrasına start verilir. Bir məqamı da qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə real­laşdırılan nəhəng tikinti layihələri heç bir beynəlxalq maliyyə qurumu­nun yardımı olmadan ölkəmizin öz güçü ilə həyata keçirilir.

Hazırda Qarabağ və Şərqi Zən­gəzurda həyata keçirilən bərpa-qu­ruculuq işlərinin timsalında dün­ya şəhərsalma təcrübəsinin yeni, Azərbaycan modeli yaradılır. Bütün bunlar dünya ictimaiyyəti tərəfin­dən müsbət amil kimi dəyərləndirilir. Fevralın 14-də Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyev Mil­li Məclisdə keçirilən andiçmə məra­simindəki nitqində bu vacib məqama toxunaraq bildirib: “Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xa­rici qonağı valeh edir. Çünki bu dərə­cədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir”. 

Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsini, həmin ərazilərdə məskunlaşmanın təmin edilməsini Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifə kimi səciy­yələndirən ölkə Prezidenti bunun üçün, ilk növbədə, torpaqlarımızın minalardan təmizlənməsini bəyan edib. Əfsuslar olsun ki, mənfur düş­mən döyüşlərdə aldığı sarsıdıcı zər­bənin, acı məğlubiyyətin sanki qisa­sını alırmış kimi minaladığı ərazilərin xəritəsini verməkdən hər vəchlə ya­yınır. Bu da işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini çətinləşdirməklə yanaşı, təsərrüfat iş­ləri ilə məşğul olan vətəndaşlarımızın həyatı və sağlamlığı üçün ciddi təh­lükə yaradır. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən müddətdə 300-dən artıq vətəndaşımız mənfur düşmənin basdırdığı minaların və partlamamış hərbi sursatların işə düşməsi nəticə­sində ya həyatını, ya da sağlamlığını itirib. Prezident İlham Əliyev andiçmə mərasimində bu faciəli hadisələrdən təəssüfləndiyini bildirərək ötən müd­dətdə 120 min hektar artıq təmizlən­diyini, bu istiqamətdə işlərin hazırda da sürətlə davam etdirildiyini diqqətə çatdırıb. 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proq­ramı” çərçivəsində, 140 minə yaxın keçmiş məcburi köçkünün öz də­də-baba yurdlarında məskunlaşdı­rılmasının təmin olunması nəzərdə tutulur. Andiçmə mərasimindəki nitqində bu vacib məqama toxunan ölkə Prezidenti keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarıl­ması prosesinin uğurla davam etdi­yini vurğulayaraq deyib: “Bu günə qədər təxminən 5400 keçmiş köç­kün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yer­ləşdirməkdir”. 

Bu məqsədlə, Qarabağ və Şərqi Zəngəzurda, ümumilikdə, 100 yaşa­yış məntəqəsinin planlaşdırılması və yenidən qurulması planlaşdırılıb. Bunların 9-u şəhər, 91-i isə, əsasən, qəsəbə və kəndləri əhatə edir. Ümumilikdə isə, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq və planlaşdırma ilə bağlı işlərin 2024-2025-ci illərdə başa çatdırılması nəzərdə tutulur. Artıq bir çox şəhər və kəndlərdə inşaat işləri başlanılıb. Böyük Qayıdış proqramının birinci mərhələsi isə 2026-cı ilin sonunda başa çatdırılacaq. 

Bərpa-quruculuq işləri çərçivə­sində böyük infrastruktur layihələri­nin icrası nəzərdə tutulur. Hazırda işğaldan azad olunmuş ərazilərdə xəstəxanalar, məktəblər, idman ob­yektləri, infrastruktur obyektlərinin tikintisi sürətlə davam etdirilir. Qa­rabağ və Şərqi Zəngəzur iqtisadi ra­yonlarında yol infrastrukturunun yar­dılması istiqamətində reallaşdırılan layihələr çərçivəsində 40 tunel və 90 körpü inşa edilir, polad magistrallar salınır, bütün elektrik təsərrüfatı ye­nidən qurulur. Dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində bu istiqamətdə təqdirəlayiq işlərin görüldüyün vurğulayarq bir daha bəyan edib ki, işğaldan azad olun­muş ərazilərimizdə bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri salınacaq və tarixi şəhərlərimizin əvvəlki siması bərpa ediləcək.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat