Ölkə ərazisində 55 cinayətin açılması təmin olunub

post-img

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, oktyabrın 23-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

N.Adilqızı
XQ

 

Hadisə