Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, cari ilin yanvar ayında neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalıb, sənayenin qeyri-neft-qaz sektorunda isə 8,9 faiz artıb.
Sənaye məhsulunun 66,6 faizi mədənçıxarma, 27,1 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Hesabat dövründə tikinti materialları istehsalının ümumi dəyəri isə 82,1 milyon manat olmaqla, ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5 faiz artıb.
XQ