“OĞUZ AQROTEXSERVİS” ASC səhmdarlarının nəzərinə!

post-img

10 dekabr 2025-ci il, saat 11:00-da “Oğuz Aqrotexservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:

1. Səhmdar cəmiyyətin 2024-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi

2. Digər məsələlər.

Səhmdarların növbəti illik ümumi yığıncağının gündəliyinin materialları ilə ümumi yığıncaq zamanı tanış olmaq mümkündür.

Ümumi yığıncağın keçiriləcəyi ünvan – Oğuz rayonunun Padar kəndi, səhmdar cəmiyyətinin həyəti.

QEYD: səhmdarlar yığıncağa gələrkən şəxsiyyət vəsiqələrini özləri ilə gətirməlidirlər.

Əgər yığıncaqda səhmdarın nümayəndəsi iştirak edəcəksə, o zaman onun nümayəndəsi olduğunu qanunvericiliklə təsdiq edən sənədi təqdim etmək vacibdir.

İdarə heyəti

Reklam və elan