Elektrik enerjisi istehsalı artıb

post-img

2023-cü ildə Azərbaycanda 29 milyard 276,6 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu da əvvəlki ilə nisbətən 272,3 milyon kilovat-saat və ya 0,9 faiz çoxdur.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki he­sabında bildirib. Nazirin sözlərinə görə, ötən il elektrik enerjisinin ixracı 3 milyard 252,5 milyon kilovat-saat, idxalı isə 211,8 milyon kilovat-saat təşkil edib.

P.Şahbazov onu da qeyd edib ki, il ərzində istilik elektrik stansiyalarında 27 milyard 160,4 milyon kilovat-saat, su da daxil olmaqla bərpaolunan enerji mən­bələrində isə 2 milyard 116,2 milyon kilo­vat-saat elektrik enerjisi istehsal olunub.

XQ

İqtisadiyyat