İnvestisiya Şirkəti 109 layihəyə baxıb

post-img

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, ötən il “Azərbaycan İnvestisiya Şirkəti”ndə (AİŞ) 109 yeni investisiya layihəsinə baxılaraq müvafiq təhlillər aparılıb. 

Məlumatda, eyni zamanda, bildiri­lir ki, hesabat ilində ümumi investisiya dəyəri 560 milyon manat təşkil edən 8 layihə AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiqlənib. Sözügedən layihələrdə AİŞ-in iştirak payı 42 milyon manat məbləğin­də nəzərdə tutulub. Layihələrin icrası nəticəsində yeni istehsal sahələrinin ya­radılması və 600 nəfərin daimi işlə təmin olunması planlaşdırılıb.

Hazırda AİŞ xarici və yerli tərəfdaşlar­la birlikdə müxtəlif sektorları əhatə edən ümumi investisiya dəyəri 2,7 milyard dol­lara yaxın 24 layihənin təhlilini aparır. Bu layihələr müxtəlif sənaye sahələrini, o cümlədən yaşıl və alternativ enerji, qida sənayesi, əczaçılıq, kimya sahələrini əhatə edir.

AİŞ 2023-cü ildə Azərbaycan – Özbə­kistan İnvestisiya Fondunun yaradılma­sında da fəal iştirak edib. Bununla bağlı müvafiq saziş 24 fevral 2023-cü il tarixin­də Daşkənd şəhərində imzalanıb və həmin ilin iyulun 20-də qüvvəyə minib. Bundan başqa, “Azərbaycan – Özbə­kistan İnvestisiya Şirkəti”nin yaradılması haqqında Saziş 18 iyul 2023-cü il tarixin­də Şuşa şəhərində imzalanıb və ölkə Prezidentinin 14 oktyabr 2023-cü il tarixli sərəncamı ilə təsdiqlənib. Ümumi kapitalı 500 milyon dollar olan həmin şirkət artıq Özbəkistanda qeydiyyatdan keçib.

XQ

İqtisadiyyat