İnvestisiya təşviqi sadələşdirilib

post-img

İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda Azərbaycanda investisiya təşviqi sənədinin alınması üçün tələblərin yumşaldıldığı bildirilib. Bununla bağlı qurumun kollegiyasında “İnvestisiya təşviqi sənədinin alınması üçün ərizənin forması”nda dəyişiklik edilib.

Nazir Mikayıl Cabbarovun imzaladığı yeni qərara əsasən, bundan sonra sahi­bkarlara investisiya təşviqi sənədinin ve­rilməsi üçün onların vergi ödəyicisi kimi uçota alınmaları haqqında şəhadətnamə­nin surəti tələb edilməyəcək.

Nazirliyin hüquq şöbəsinə adıçəkilən bu qərarın Hüquqi Aktların Dövlət Re­yestrinə daxil olunması üçün Ədliyyə Na­zirliyinə təqdim edilməsi tapşırılıb.

XQ

İqtisadiyyat