Bu il 2 günəş stansiyası tikiləcək

post-img

Energetika Nazirliyinin məlumatına əsasən, bu ilin sonunadək ölkəmizdə ümumi gücü 760 MVt olan 2 günəş elektrik stansiyasının (GES), gələn il isə 240 MVt gücündə 1 külək elektrik stansiyasının (KES) tikintisi planlaşdırılır. 

Məlumatda, həmçinin vurğulanır ki, Birləmiş Ərəb Əmirlikləri ilə imzalanan elektrik enerjisinin ötürülməsi üzrə in­vestisiya əməkdaşlığına dair Anlaşma Memorandumu, yaşıl enerji sahəsində Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqa­viləsi və 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Yol Xəritəsi “ya­şıl dünya” naminə həmrəyliyimizin təza­hürü olmaqla “yaşıl enerji” tərəfdaşlığımı­zı daha da möhkəmləndirəcək.

XQ

İqtisadiyyat