Kiçik və orta biznesə 371 mindən çox xidmət göstərilib

post-img

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2023-cü ildə bu qurumun tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus KOB evlərində sahibkarlara 371 min 304 xidmət göstərilib.

Məlumata görə, bunun 77,6 faizini və yaxud 288 mindən çoxunu Bakı,16,4 fa­izini və yaxud 61 mindən çoxunu Yevlax, 5,9 faizini və yaxud 22 minə yaxınını isə Xaçmaz KOB evi təmin edib.

Xidmətlərin 349 min 785-ni dövlət qu­rumları, 21 min 519-nu isə özəl qurumlar göstərib. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq sə­viyyəsi 98 faiz təşkil edib.

XQ

İqtisadiyyat