Dövlətin əli kəndin üstündədir

post-img

Bunun nəticəsidir ki, son 10 ildə məhsul istehsalı 50 faiz çoxalıb

Son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər digər sahələr kimi, aqrar bölmənin də inkişafı üçün əlverişli imkanlar yaradıb. Onu da deyək ki, hazırda əhalisinin təqribən yarısının bölgələrdə yaşadığı Azərbaycanda aqrar sahənin inkişaf etdirilməsi daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi ilə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin təminatına və ixracın strukturunda qeyri-neft mallarının xüsusi çəkisinin artmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatı getdikcə ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilməkdədir. 

Ötən müddətdə kənd təsərrüfatı­nın modernləşdirilməsi, aqrar sekto­run inkişafını ləngidən problemlərin həllinə sistemli və kompleks yana­şılması, dövlətin inzibati və maliy­yə resurslarından səmərəli istifadə olunması müsbət nəticələr verir. Hökumətin bu sahəyə xüsusi diqqət və qayğısı, eləcə də dövlətin həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı tədbirləri aqrar sektorda təşəbbüskarlığa ge­niş meydan açır. Bütün bunlar kənd təsərrrüfatının dinamik inkişafını tə­min etməklə yanaşı, ümumi daxili məhsulda qeyri-neft sektorunun pa­yının artmasına imkan yaradır. 

Elə son 10 il ərzində Azərbay­canda kənd təsərrüfatı məhsulları­nın istehsalının, təqribən, 50 faiz art­ması da bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir. Statistik məlumatlara əsasən, son illər ölkədə bitkiçilik məhsullarının istehsalında 53 faiz, heyvandarlıq məhsullarının istehsalında isə 42,5 faiz artım qeydə alınıb. Bu da kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının təqribən 30 faiz artmasına imkan yaradıb. 

Bu baxımdan yola saldığımız 2023-cü ili də Azərbaycanın kənd təsərrüfatı sahəsi üçün uğurlu he­sab etmək olar. Hər şeydən əvvəl qeyd edək ki, dövlətin prioritet elan etdiyi ərzaq təhlükəsizliyi ötən ildə də diqqət mərkəzində saxlanılıb. Bu baxımdan hökumətin ərzaqlıq buğ­da istehsalçılarının aldığı kreditlərə dövlət zəmanəti verməsini, eləcə də faiz subsidiyası ödəməklə bağlı qə­rarını xüsusi qeyd etmək lazımdır. 

Ölkə Prezidenti İlham Əliyevin bu məqsədlə “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il ta­rixli fərmanında dəyişiklik etməsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə imzaladığı fərman müstəsna əhə­miyyət daşıyır. 

2023-cü ildə Azərbaycanda bir ton ərzaqlıq buğdanın dövlət təda­rük qiyməti 2022-ci illə müqayisədə 22,4 faiz az – 450 manat müəyyən­ləşdirilib. Əvəzində fermerlərdən alınan şəkər çuğundurunun qiyməti artırılıb. “Azərsun Holdinq” MMC-yə məxsus “Azərbaycan Şəkər İstehsa­lat Birliyi” MMC 2023-2024-cü təsər­rüfat ilində qışlıq və yazlıq mövsümü üzrə şəkər çuğundurunun hər tonu­nu şəkərlilik faizinə uyğun olaraq 4 manat baha – 485 manata almağa qərar verib.

Yola saldığımız ildə ölkənin aqrar sektoru üçün mühüm hadisələrdən biri də Nazirlər Kabineti tərəfindən kənd təsərrüfatının siyahıya alınma­sına hazırlıq və onun həyata keçiril­məsi haqqında qəbul etdiyi qərarla bağlıdır. Belə ki, Baş nazir Əli Əsə­dovun imzaladığı qərara əsasən, siyahıyaalınma 2025-ci il iyulun 15-dən avqustun 15-nə qədər, kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıya­alma vərəqələrinin Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində dol­durulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olun­maqla sorğu yolu ilə baş tutacaq.

Ölkəmizdə 3 il əvvəl tətbiqinə başlanılmış aqrar sığortanın uğurlu nəticələri ilbəil artır. Aqrar sektorda mühüm stimullaşdırıcı tədbir kimi getdikcə daha çox maraq kəsb edən bu sahənin əhatə dairəsi ötən il bir qədər də genişləndirilib. Məhz bu­nun nəticəsidir ki, il ərzində Aqrar Sığorta Fondu tərəfindən fermer­lərə verilən sığorta ödənişləri rekord həddə çatıb. Ümumilikdə, ötən il fermerlərin fonddan aldıqları sığorta ödənişləri 4 milyon manat təşkil edib ki, bu da 2021-2022-ci illərlə müqa­yisədə təxminən 2 dəfə çoxdur.

2023-cü ildə kənd təsərrüfatının yüksək ixtisaslı kadrlarla təminatının artırılması istiqamətində də tədbir­lər də davam etdirilib. Bu baxımdan ölkədə təhsil sahəsində aparılan is­lahatların tərkib hissəsi olaraq Na­zirlər Kabinetinin Azərbaycan Dövlət Aqrar Universitetinin Kənd Təsər­rüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxsə çevrilməsi ilə yenidən təşkil edilməsi ilə bağlı qərarını qeyd etmək olar. Bundan əlavə, BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkila­tının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin dəstəyi ilə ADA Universitetində kənd təsərrüfatı və qida elmi fakültəsinin açılmasının da aqrar sahənin kadr təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcəyi şəksizdir.

Bu ildən isə Azərbaycanda yem və yem əlavələrinin satışı üzrə döv­riyyələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edi­lib. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Xatırladaq ki, Azər­baycanda siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq edilən ƏDV-dən azadetmə­nin müddəti 2027-ci il yanvarın 1-nə kimi davam edəcək.

Məlum olduğu kimi, ölkəmizdə kənd təsərrüfatı məhsullarının is­tehsalı, satışı vergidən azaddır və bununla bağlı Vergi Məcəlləsində ayrıca maddələrdə izahlar verilib. Bununla belə, bütün kənd təsərrüfa­tı məhsullarının sonrakı mərhələdə dövriyyəsi, yəni tədarükü və ticarə­ti tam olaraq vergidən azad deyil. 2020-ci il yanvarın 1-dən heyvandar­lıq və quşçuluq təsərrüfatlarında isti­fadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr tam olaraq ƏDV-dən azad edilib. Həmin mal­ların siyahısı Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 nömrəli qərarı ilə təsdiq eidlib. Bu siyahıya yemlərin tərkibinə daxil olan qüvvə­li, qaba və sulu şirəli yemlər, bitki və heyvan mənşəli yemlər, heyvandar­lıqda və quşçuluqda istifadə olunan müəyyən amin turşuları, həmçinin, yem əlavəsi, müxtəlif təyinatlı mine­rallar, vitaminlər və digər maddələr daxil edilib.

Ekspertlər hesab edirlər ki, artıq bu cür məhsulların bütün zəncirlər üzrə dövriyyəsinin ƏDV-dən azad olunması heyvandarlığın inkişafına öz təsirini göstərəcək. Eyni zaman­da, mal ətinin, eləcə də digər hey­dandarlıq və quşçuluq məhsullarının dövriyyəsinə edilən vergi güzəştləri son istehlakçının həmin məhsulu aşağı dəyərlə əldə etməsinə səbəb olacaq. Bütövlükdə isə, heyvandar­lıq və quşçuluq təsərrüfatlarında isti­fadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin tam olaraq ƏDV-dən azad edilməsi, ümumi­likdə, kənd təsərrüfatı sektorunda qiymət artımının qarşısını almağa imkan yaradacaq. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat