Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib

post-img

Dekabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.

İclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin (üçüncü oxunuş) müzakirəsi və Samiq Asəf oğlu Sadıxovun Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi məsələsi daxil edilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, gündəlikdə duran birinci məsələnin müzakirəsi zamanı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, qanun layihəsi 7 noyabr 2025-ci il tarixdə Ali Məclisin iclasında ikinci oxunuşda müzakirə edilib. Hüquq siyasəti komitəsi tərəfindən üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsi baxılması üçün Ali Məclisin iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi ilə əlaqədar Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verdikdən sonra “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul olunub.

İclasın gündəliyində duran ikinci məsələnin müzakirəsi zamanı Samiq Asəf oğlu Sadıxovun Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi ilə əlaqədar təqdimat və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar layihəsi diqqətə çatdırılıb.

Sonra qərar səsə qoyularaq qəbul olunub.

Bununla da Ali Məclisin növbəti iclası başa çatıb.

 

 



Son xəbərlər