“Vətəndaşın büdcə bələdçisi”

post-img

Maliyyəçilər əhalini maarifləndirirlər

Maliyyə Nazirliyində Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” hazırlanaraq qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

Nazirliyin bununla bağlı məlumatına görə, hər il ənənəvi olaraq ha­zırlanan bələdçidə döv­lət və icmal büdcələrin əsas parametrləri, büdcə gəlirlərinin formalaşma mənbələri və xərclərin is­tiqamətləri barədə əsas məlumatlar əks olunub. 

Vətəndaşların ixtiyarına verilən bələdçidə 2024-cü ildə hökumətin həyata keçirəcəyi sosial-iqtisadi layihələr, həmçinin ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad olunan ərazilərdə sürətli bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, iq­tisadi inkişafın stimullaşdırılması, əhalinin sosial müda­fiəsinin reallaşdırılması, təhsil, səhiyyə xərcləri və döv­lətin əsas vəzifə və funksiyalarının gerçəkləşdirilməsi üçün yaradılan maliyyə təminatı barədə məlumatlar əldə etmək olar.

Hazırlanmış bu nəşr vətəndaşlara büdcə sahəsin­də bələdçilik edəcək, büdcənin daha asan və aydın şə­kildə başa düşülməsində yardımçı olacaqdır.

XQ

İqtisadiyyat