Neft Fondunun vəsaitləri 56 milyard dollara yaxınlaşır

post-img

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) məlumatına əsasən, fondun vəsaitlərinin həcmi 2001-ci ildə 270 milyon ABŞ dolları təşkil etdiyi halda, keçən ilin sentyabrın 30-na 55 milyard 521,27 milyon dollara yüksəlib. Bunun da hamısı xarici valyutada saxlanılıb. 

ARDNF-in büdcəsinin xərc istiqamətlərini qar­şılamaq məqsədilə vəsa­itlərinin müəyyən hissəsi Azərbaycan manatında saxlanılır ki, bu da investisi­ya portfelinin tərkibinə daxil deyil. Ümumi aktivlərin həcmi ilə investisiya portfe­linin həcmi arasındakı fərq məhz bu göstərilən səbəb­dəndir. 

2023-cü ilin yanvar-sentyabr ayları ərzində fondun vəsaiti­nin idarə olunmasından 2 milyard 651,1 milyon manat (1 mil­yard 559,5 milyon dollar) məbləğində gəlir əldə edilib.

XQ

İqtisadiyyat