Milli iqtisadiyyatımız beynəlxalq aləmə açıqdır

post-img

Respublikamız xarici investisiyaların 10 prioritet istiqaməti siyahısına daxildir 

“FDI Standouts Watchlist” beynəlxalq tədqiqat agentliyinin hesabatına görə, Azərbaycan ötən ili birbaşa xarici investisiyaların (BXİ) prioritet istiqamətləri siyahısında yeddinci yerdə başa vurub. Tədqiqata əsasən, respublikamızın dayanıqlı makroiqtisadi göstəriciləri ölkənin bütün dünyada BXİ üçün aparıcı istiqamətlərdən biri olmasında mühüm rol oynayıb.

Hesabatda dünya­da 50 ən böyük BXİ is­tiqamətinin makroiqtisadi göstəriciləri və BXİ yolla­rı qiymətləndirilir. Bu za­man Beynəlxalq Valyuta Fondunun (BVF) monito­rinq məlumatlarından is­tifadə olunur. Kompleks təhlilin məqsədi BXİ-nin mühüm artım sürəti ilə diqqətçəkən ölkələri aş­karlamaqdan ibarətdir. Qeyd edək ki, BVF 2024-cü ildə Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) 2,5 faiz səviyyəsində artımını proqnozlaşdı­rır.

Siyahının lideri investisiya artımının yüksək sürətini 2024-cü ildə də qoruyub saxlayan Kamboca olub. Ölkə yüksək iqtisadi artım sürəti, 2024-cü ildə ÜDM-in 6,1 faiz gözlənilən artımı, eləcə də Çin və Cənubi Koreya ilə uğurlu ticarət müna­sibətləri sayəsində siyahıya liderlik edib.

Azərbaycan, Qazaxıstan və Kambocadan başqa siyahıya həmçinin, Filippin, Keniya, İraq, Namibiya, Mərakeş, Serbiya və Hindistan daxil olub.

XQ

İqtisadiyyat