Bu il 61 min yeni iş yeri yaradılıb

post-img

2023-cü ilin 9 ayı ərzində ölkəmizdə 60,9 min yeni iş yeri açılıb. Yeni iş yerlərinin 92,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Məlumatda bildirilir ki, yeni iş yerlərinin 80,4 faizi Bakı şəhərində yaradılıb. Qalan iş yerlərinin isə 1,2 faizi Naxçıvan Muxtar Respublikasının, 18,4 faizi digər regionların, o cümlə­dən 3,6 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,8 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-To­vuz, 1,4 faizi Mərkəzi Aran, 1,4 faizi Şirvan-Salyan, 1,2 faizi Qarabağ, 0,9 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,6 faizi Dağlıq Şirvan, 0,5 faizi isə Mil-Muğan iqtisadi rayon­larının payına düşüb.

XQ

İqtisadiyyat