Milli iqtisadiyyatımızın dollardan asılılığı sürətlə azalır

post-img

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan bazarında 23,8 milyard dollar dəyərində valyuta əməliyyatları həyata keçirilib. Azərbaycan Mərkəzi Bankının (AMB) Pul Siyasəti İcmalına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azdır.

AMB-nin məlumatına görə, nağdsız ödənişlər bazarında 21 milyard dollar, nağd ödənişlər üzrə isə 2,8 milyard dollar məbləğində əməliyyatlar həyata keçirilib. Bu, bir il əvvəllə müqayisədə müvafiq olaraq 6 faiz və 29,2 faiz azdır.

Cənubi Qafqazın ən böyük iqtisadiyyatında nağdsız valyu­ta əməliyyatlarının 79 faizi və 21 faizi ABŞ dolları, 21 faizi di­gər xarici valyutalarla aparılıb. Nağd valyuta əməliyyatlarının 83,6 faizi ABŞ dolları, 16,4 faizi isə digər valyutalarda həyata keçirilib.

XQ

İqtisadiyyat