Azad olunan ərazilərdə 132 min hektar sahə əkinə cəlb edilib

post-img

Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə – partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə­də kənd təsərrüfatı naziri Məcnun Məmmədov işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik qaydalarına ciddi ri­ayət olunmaqla 2020-21-ci təsərrüfat ilində 10 min hektar, 2021-22-ci illərdə 50 min hektar, 2022-23-cü illərdə isə 72 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edildi­yini bildirib.

Məcnun Məmmədov qeyd edib ki, bu göstəricilər potensial ərazilərin cəmi 60 faizini təşkil edir. Başqa sözlə, bu, qeyd olu­nan səbəblərdən 40 faiz torpaq sahəsinin əkin dövriyyəsinə cəlb olunmaması deməkdir.

Nazirin sözlərinə görə, bu ərazilərdə mina ilə çirklənmə o dərəcədə yüksəkdir ki, bütün təhlükəsizlik tədbirlərinə baxmaya­raq hadisələr qaçılmaz olur. 

ANAMA-nın məlumatına əsasən, işğaldan azad edilmiş əra­zilərdə kənd təsərrüfatı fəaliyyətləri zamanı indiyədək 10 mina partlaması nəticəsində 8 nəfər xəsarət alıb, 7 nəfər həyatını iti­rib, 6 kənd təsərrüfatı texnikası isə yararsız hala düşərək sıra­dan çıxıb.

XQ

İqtisadiyyat