Bərpaolunan enerji hasilatı 9 ayda 1,7 milyard kilovatt-saatı keçib

post-img

Energetika Nazirliyinin məlumatlarına görə, 2023-cü ilin yanvar–sentyabr aylarında bərpaolunan enerji mənbələrin­dən, o cümlədən su elektrik stansiyalarından (SES) elektrik enerjisi hasilatı 1,7 milyard kilovatt-saatı keçib.

Hesabat dövründə SES-lər 1,417 milyard kilovatt-saat, külək elektrik stansiyaları (KES) 44,6 milyon kilovatt-saat, günəş elekt­rik stansiyaları (GES) 53,2 milyon kilovatt-saat, bərk məişət tul­lantılarının yandırılması zavodu isə 169,2 milyon kilovatt-saat elektrik enerjisi hasil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələri sek­torunun payı 7,81 faiz olub.

XQ

İqtisadiyyat