9 ayda İtaliyaya 8 milyon tona yaxın neft satılıb

post-img

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycan bu ilin yanvar–sentyabr aylarında İtaliyaya 4 milyard 986 milyon dollar dəyərində 7 milyon 985 min ton neft ixrac edib. 

Bu, ötən ilin müvafiq dövrünə nis­bətdə 5,6 faiz çoxdur. Belə ki, ötən ilin 9 ayında Azərbaycan İtaliyaya 7,5 milyon ton neft satıb. 

Hesabat dövründə İtaliya Azərbay­canın ən böyük neft idxalçısı kimi qeydə alınıb.

XQ

İqtisadiyyat