“Merkuri 1” gəmi-bərəsi əsaslı təmir olunub

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donan­masına məxsus “Merkuri 1” gəmi-bərəsi əsaslı təmir edilib.

ASCO-dan verilən məlumatda daha son­ra deyilir ki, “Merkuri 1”in “Zığ” Gəmi Tə­miri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.

Gəmi-bərənin baş mühərrikləri əsaslı təmir olunub, 3 köməkçi mühərrikdən ikisi yenisi ilə əvəzlənib. Gəmi üzrə gövdə-qay­naq, boru, elektrik-quraşdırma və avtomatika işləri yerinə yetirilib. Həmçinin gəmi mexa­nizimlərinin (nasosların, separator, kompres­sor) təmiri aparılıb.

Dəniz layneri rabitə və elektroradiona­viqasiya sahəsinə aid müasir, yeni tip bir ədəd “Inmarsat-C” peyk rabitə terminalı, iki ədəd mobil ultraqısa dalğalı (UQD) radiostansiya, bir ədəd dərinlik ölçən exolot, iki ədəd sta­sionar UQD radiostansiya üçün antenna, bir ədəd elektron xəritə (ECDİS), radiolokasiya stansiyası (RADAR) və girokompas quraş­dırılıb.

Eyni zamanda “Merkuri 1” gəmisinin sualtı və suüstü hissəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənərək rənglənib, heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub. Dəniz-sı­naq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.

XQ

Son xəbərlər