Heyvandarlıqda sığortaya maraq

post-img

Kənd təsərrüfatının heyvandarlıq sahəsi aqrar sığorta ilə getdikcə daha çox əhatə olunur. Bu ilin ötən dövründə heyvandarlıqla bağlı 800 min manatadək sığorta ödənişinin həyata keçirilməsi də bunu deməyə əsas verir. 

Aqrar Sığorta Fondu sədrinin müa­vini Firdovsi Ağaşirinovun bildirdiyinə görə, 2023-cü ilin əvvəlindən heyvan­darlıqla bağlı təqribən 2 milyon 500 min manata yaxın sığorta haqqı toplanılıb. Ölkəmizdə aqrar sığorta sisteminin özünü tam doğrulduğunu vurğulayan sədr müavininin fikrincə, hazırda fer­merlər bu sahədə nəzərdə tutulmuş xidmətlərdən lazımınca istifadə edə bilirlər.

“Fermerlər bu sahəyə etimad edir və öz risklərini təminat altına alırlar. 2021-ci ildə 4 min fermer bu xidmət­dən istifadə edirdisə, artıq onların sayı 10 mindən çoxdur”,–deyə F.Ağaşirinov əlavə edib.

XQ

İqtisadiyyat